12 C
Baku
Monday, November 18, 2024

Qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri niyə deaktiv olur? – AÇIQLAMA

Polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur.
Bu barədə vətəndaşlar sosial şəbəkələrdə məlumat yayıblar.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki,  əgər vətəndaş məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxırsa, şəxsiyyət vəsiqəsi deaktiv edilir:

“Həmin şəxs yeni ünvana qeydiyyata düşdükdən sonra təzə şəxsiyyət vəsiqəsi ilə təmin edilir”.

Vəkil Tural Hüseynov açıqlamasında bildirib ki, şəxs qeydiyyatdan çıxdıqdan və ya çıxarıldıqdan sonra qeydiyyata düşmürsə, dərhal onun şəxsiyyət vəsiqəsi deaktiv olur:

“Belə olan halda şəxs ya özünə məxsus olan mənzildə, mülkiyyətçinin razılığı əsasında hər-hansı digər mənzildə və ya yaşadığı ərazi üzrə rayon polis idarəsində qeydiyyata düşməlidir. Əks halda onun şəxsiyyət vəsiqəsi deaktiv olaraq qalır”.

Son xəbərlər
Digər xəbərlər