Kitablar arasında heç zaman öz dəyərini itirməyəcək əsl incəsənət nümunələri.
İnsanlar gündəlik olaraq kitablarla qarşılaşırlar. Bu gün elektron kitabların sayı da durmadan artır. Amma nəşr edilən kitablar arasında elə poliqrafik şedevrlərlə rast gəlirik ki, onların yanından sadəcə laqeyd ötüb keçmək qeyri mümkündür. Onları oxuyur, kolleksiya toplayır, hədiyyə edirlər, axı yaxşı kitab həmişə ən dəyərli və nəcib hədiyyələr sırasında yer alır.
Belə deyirlər ki, kitablar haqqında onların üz qabığına görə mühakimə yürütmək olmaz. Amma, biz bu dəfə sizin cildlər və üz qabıqları haqqında bütün təsəvvürünüzü dəyişəcək, ən heyrətamiz dizayner kitablarını nəzərdən keçirəcəyik.
Rey Bredberinin «Faranqeyt üzrə 451 dərəcə» kitabının qeyri-adi tərtibatı
Oxudun— yandırdın.
451 °F – vərəqin alışdığı temperaturdur. Kitab özü isə -hökumətin əmri ilə oxunulması qadağan edilən kitablar haqqındadır, belə kitablar yandırılmağa məhkumdur.
360° dərəcə kitabı
Ağbəniz nağılı haqqında yaponiyalı rəssam Yusuke Oono tərifndən hazırlanmış üç ölçülü nağıl kitabı kitabın belə tərtibatı oxucuların diqqətini nəinki öz məzmunu, həm də xarici görünüşü formatı və ilə cəlb etmək imkanı verir.
Snup Doqun Rolling Words kitabı
Bir səhifəni qopar – papiros çək
Cib ölçüsündə olan bu kitab “Sözlər- dolama siqaretlər” (Rolling Words) adlanır. Kitabın içərisi dolama siqaret çəkmək üçün nəzərdə tutulan adi kağızlardan hazırlanıb. Onların üzərinə orqanizmə ziyanı olmayan mürəkkəblə müxtəlif mahnıların sözləri yazılıb. Bütün vərəqlər punktirli xətlə haşiyələnib ki, onları qopartmaq asan olsun. Kitabın cildi çətənədən hazırlanıb, kitabın kötük hissəsi isə kibrit qutularının kənarları kimi kükürd zolağı formasında düzəldilib.
Yüz min milyard şer
Raymond Kvinaunun kitabında cəmi 10 sonet toplanıb, amma onlarda hər biri uzunluğu sətir boyda olan nazik zolaqlar formasında kəsilib. Oxucu bu zolaqları istədiyi qaydada kombinasiya edə bilər, bu zaman qafiyə baxımından heç bir fərq yaşanmasa, şerlər tamamı ilə gözlənilməz, yeni məna çalarları əldə edirlər. Əgər oxuyucu bütün mümkün kombinasiyaları yoxlamaq və onları gün ərzində möhkəm oxumaq istəsə, bundan ötrü ona təxminən 200 000 il lazım olacaq.
Heykəltəraş kitabları Brayan Dettmer
Brayan Dettmerin ləqəbi — «kitab qatilidir». O, “book –carving” ilə məşğuldur, bir növ kitabları doğramaqla, onların içalatını çıxarır. Bundan ötrü ona cərrah bıçağı, neştər, pinset, qayçı və kitab lazımdır. Nəticədə isə müasir incəsənət nümunələri yaranır.
Dünyada ən böyük kitab
«The Codex Gigas» bu kitabın orijinal adıdır, amma o, həm də «İblisin Bibliyası» adı məşğuldur. Onun kim tərəfindən və nə məqsəd ilə yazılması hələ məlum deyil.
Əfsanəyə görə onu rahiblik prinsiplərinin pozulması görə məhbus edilmiş rahib yazıb. O, and içib ki, cəmi bir gecəyə dünyanın ən böyük əlyazmasını yazacaq.
O, başa düşəndə ki, öz andını yerinə yetirmə bilməyəcək, kömək üçün iblisə yalvarmağa başlayır və iblis onun yalvarışını eşidir və ona haray verir.
Dünyanın ən balaca kitabı
«Bütün bitki və çiçəkləri almanaxı» kitabın ölçüsü cəmi 75 mm-dir. Kitabı həm də “Dörd fəslin çiçəkləri” adlandırırlar. O, Yaponiyanın bitki və çiçək aləmi haqqında sorğu kitabçasıdır. Kitab səkkiz ay ərzində yaradılıb.
Saat kitablar
Üç kitabdan ibarətdir. Bu kitablar xaricdən saat funksiyasını yerinə yetirir. 3 və 9 rəqəmləri zaman oriyentasiyasını tutmağa imkan verir. .
Dəlikli kitab
Yazıçı D. C. Foer əz əsərinin nümunəsində, hiper-mətinin nə olduğunu göstərməyə çalışıb.
Qəhvə ləkələri olan kitab
Marta Hedenin müəllifi olduğu və qeyr-adi tərtibata malik bu kitab qəhvənin insan orqanizmi üçün olan faydasından bəhs edir.
Gerschreven Portretten kitabları
Bu kitablar müxtəlif insanların tərcümeyi-hallarına həsr olunub. Yəni hər bir kitab taleyinə həsr olunduğu məşhur insanın başı formasında düzəldilib. Belə fövqəladə tərcümeyi-hala cəmi 4 insan layiq görülüb. Bunlardan biri Anna Frank yəhudi qızdır, o bütün dünyaya faşizm dəhşətlərindən bəhs edən gündəliyi ilə məşhurdur, ikinci kitab məşhur niderlandlı futbolçu Lui Van Qala həsr olunub. Üçüncü kitab iran-holland mənşəli nasir, şair və publisist Kader Abdul haqqındadır. Sonuncu kitab isə dahi rəssam Vinsent Van Qoqa həsr olunub.
Dua kitabı (Pravoslav xristianlarda)
15-ci əsrdə dönüş nöqtələrindən biri də Nikol Blair tərəfindən yazılmış “Dua kitabıdır”. Bağlı şəkildə kitab badam formasında olur, lakin kitab açılanda bu forma dəyişərək “balaca ürəyə” bənzəyir.