25 C
Baku
Saturday, July 27, 2024

Qeyri-adi təbiət hadisələri

1. Avropanın bəzi yerlərində, əsasən də Fransanın cənubunda qırmızı yağışlar yağır. Burada hətta belə “qanlı” yağışlara görə dünyanın sonunun gəldiyi güman edilirdi. Bir sıra alimlər bunu Sahara səhrasından külək vasitəsilə gətirilən qırmızı qumların təsirindən olduğunu düşünür. Digər bir qrup alim isə yağışa qırmızı rəngi mikroorqanizmlərin verdiyini düşünür.

2. 1976-cı ildə zəlzələ nəticəsində 700 000 insan həlak olub.

3. Kanadanın Nyu-Bransuik əyalətində Sent-Con çayında əks istiqamətdə axan şəlalə mövcuddur. Bu şəlalə Fandi körfəzinə aparan vadidə yerləşir. Belə ki, suyun çəkilməsi zamanı su şəlalədən aşağı istiqamətdə axır. Suyun qabarması zamanı isə suyun səviyyəsi çaydakı suyun səviyyəsindən 5 futa qədər yüksəyə qalxır. Bu da öz növbəsində suyun əks istiqamətdə hərəkət etməsinə səbəb olur.

4. Güclü zəlzələ nəticəsində yaranan enerjini 200 milyon ton dinamitin partlaması ilə müqayisə etmək olar. Bu ilk nüvə silahının partladılması zamanı yaranan enerjidən 10 000 dəfə çoxdur.

5. Qışın ortasında İslandiya, Reykyavikdə günün 18 saatı ulduzları görmək mümkündür. Yayda isə burada günün 24 saatı günəş işığı hakimdir.

Son xəbərlər
Digər xəbərlər