12 C
Baku
Saturday, May 18, 2024

Qeyri-adi xüsusiyyətlərə malik insanlar

Lipodistrofiya – və yaxud dəri altı piyin tamamilə olmaması 59 yaşlı cənab Perri (Böyük Britaniya) üçün əsl cəzadır. O ürəyi istənilən yağlı yeməkləri, tortları, desertləri yeyir və bunun qarşılığında bir qram belə kökəlmir. Onun orqanizmi ani olaraq yağı əridir, bunun nəticəsində də onun əzələləri dartılır və ona müxtəlif ağrılar yaşadır. Uşaq vaxtı o çox kök olmasına baxmayaraq, 12 yaşında arıqlamış və o gündən sonra kökəlmək üçün edilən istənilən cəhdlər heç bir nəticə vermir.

48 yaşlı danimarkalı Vim Hof tək bir şortla Arktikanın soyuq sularında çimə, Monblanın zirvəsinə qalxa və hətta saatlarla soyuducu kamerada otura bilər. Həkimlər hələ də onun orqanizminin sirrini öyrənə bilməmişlər. Lakin Vim digər normal insanlar üçün öldürücü dərəcədə olan mənfi temperaturda özünü çox rahat hiss edir.

Üç yaşlı körpə Lamb Rett doğulduğu andan etibarən bir dəfə də olsun gözlərini qırpmayıb və heç bir gecəni yatmayıb. Buna səbəb isə çox nadir anomaliya – Kiari sindromudur. Körpənin beyni güclü şəkildə deformasiya olunub və xüsusən də beyin kötüyü və körpü hissələridir. Məhz bu hissələr orqanizmin əsas funksiyalarına – nitq, tənəffüs, yuxu və s. cavabdehdirlər.

Yeniyetmə Eşli Morris vanna qəbul etmək imkanından məhrumdur. Hətta bir damcı su belə əzabverici allergiyaya və güclü səpmələrə səbəb olur.

Ekspertlərin bildirdiyinə görə, Eşli də çox nadir allergiya forması – suya qarşı allergiya var. Dünyada sadəcə bir neçə belə hal müşahidə olunub.
M hərfi altında adını gizləyən 40 yaşlı qadın son 25 il ərzində gördüyü hər şeyi xatırlayır. Belə ki, o hətta 1987-ci il oktyabrın 1-də mağazaya gedərkən yolda gördüyü insanları, yoldan keçən maşınların modellərini və hətta nömrələrini belə təsvir edə bilər. Onun unikal, idarə olunmaz yaddaşı məlumatın saxlanılması üçün 100% etibarlılıq təmin edir.

17 yaşlı Natali Kuper dünya tibb elmində bir tapmaca olaraq qalıb. Onun orqanizmi Tic-Tac konfetlərindən başqa heç bir qidanı həzm etmir. Gün ərzində o minimum 900 belə konfetdən yeməlidir.

Linkolndan olan musiqiçi Kris Send 20 ildir ki, hıçqırır. Onun hıçqırığı bir dəqiqə də olsa dayanmır və hətta yuxuda da davam edir. Ona heç bir şey, nə xalq təbabəti, nə yoqa, nə hipnoz kömək etmir.

Gənc ingiltərəli Key Andervud hər hansı bir güclü emosiyanın təsirindən huşunu itirir. Gülüş, qəzəb, qorxu və yaxud ağladığı halda o huşunu itirir.

Bəzən elə olur ki, gün ərzində onun huşunu itirməsi 40-a çatır.

Debbi Berd adlı ingiltərəli qızın yüksək təzyiqli şüalara və radio dalğalara qarşı allergiyası var. Radio, mobil telefonlar, mikrodalğalı sobalar, kabelsiz internet və s.lər onda bütün bədənin tamamilə səpməsinə səbəb olur. Bundan başqa onun üz və göz qapaqları əvvəlkindən üç dəfəyə qədər şişir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər