18 C
Baku
Thursday, April 18, 2024

Qeyri-faiz gəlirlərinin 83.4%-i ilk 5-likdə olan banka məxsusdur

2017-ci ilin 9 ayının yekunlarına görə, bütün bank aktivlərinin 54%-i ilk 5-likdəki banka məxsus olub.

Sektor üzrə bütün faiz gəlirlərinin 61%-i ilk 5-liyə çatıb. Faiz gəlirlərinə kreditlərə görə əldə olunan faizlərdən savayı, bankların digər bank və maliyyə institutlarında saxladığı depozitlərə görə faizlər, əldə edikləri qiymətli kağızlara görə aldıqları faizlər, maliyyə lizinqinə görə haqlar da daxildir.

Sektor üzrə qeyri-faiz gəlirlərinin 83.4%-i ilk 5-likdə olan banka məxsus olub. Qeyri-faiz gəlirlərinə hesabların aparılmasına görə komisyon haqları, valyuta ticarətindən daxilolmalar, məzənnə dəyişikliyindən əldə olunan vəsait, müştərilərə göstərilən digər xidmətlərə görə haqlar daxildir.

Qeyri-faiz gəlirlərinin bu şəkildə yüksək konsentrasiyası müştəri kontingentinin, xüsusilə biznes müştərilərinin, büdcədən vəsait alan əhali kontingentinin çox az sayda bank tərəfindən xidmət aldığını göstərir.

Son xəbərlər
Digər xəbərlər