7 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Qeyri-formal məşğulluğa nəzarət” gücləndirilir – Prezidentdən mühüm fərman

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb.

(Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı ionfirmasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyi imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “ “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılacaq.)

Fərmanda deyilir,

1. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına   inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı

      Sıra №-si   İnformasiya sisteminin və ehtiyatının adı
     1                                                       2
 1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə
1.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sisteminin “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemi
 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə
2.1. “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
2.2. “Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi
2.3. “Fərdi elektron pəncərə” elektron məlumat sistemi
 3. Azərbaycan Respublikasının  İqtisadiyyat Nazirliyi üzrə
3.1. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
3.2. Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi
3.3. Ünvan Reyestri İnformasiya Sistemi
4. Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə
4.1. Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə informasiya ehtiyatı
5. Azərbaycan Respublikasının  Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi üzrə

5.1. Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi
 6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə
6.1. İcazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron informasiya sistemi
 7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə
7.1. Milli Təhsil Məlumat Bazası
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə
8.1. Tibb kadrlarının vahid reyestri
 9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə
9.1. Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi
9.2. Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi
 10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə
10.1.  Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı
 11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə
11.1. Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi
 12. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə
12.1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri
12.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi
12.3. “Şagird-məzun” dövlət elektron məlumat sistemi
 13. Dövlət Miqrasiya Xidməti üzrə
13.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
 14. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə
14.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsində

vahid elektron informasiya sistemi

 15. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə
15.1. Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin “Analitik Monitorinq Sistemi”
16. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə
16.1. “Azərsu” ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi
 17. “Azərişıq”Açıq Səhmdar Cəmiyyəti üzrə
17.1. “Azərişıq” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası
 18. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz”

İstehsalat Birliyi üzrə

18.1. Qaz abunəçiləri üzrə informasiya ehtiyatı
Son xəbərlər
Oxşar xəbərlər