16 C
Baku
Friday, October 18, 2024

Qeyri-həyat sığortası bazarında yığım 10% artıb, ödəniş isə 6% azalıb

2015-ci ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 150,3 milyon manatı və ya 72,4%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasdan Banker.az– a daxil olan məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 9,7% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 26,6%-i və ya 40 milyon manatı tibbi sığortanın, 20%-i və ya 30 milyon manatı avtomobillərin icbari sığortasının, 8,9%-i və ya 13,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 8,6%-i və ya 12,9 milyon manatı kasko sığortasının, 7,9%-i və ya 11,8 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, qalan 28%-i və ya 42,2 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

5 ayda sığorta ödənişlərinin 66,3%-ni və ya 49,4 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 41,7%-i və ya 20,6 milyon manatı tibbi sığortanın, 26,1%-i və ya 12,9 milyon manatı avtomobillərin icbari sığortasının, 20,9%-i və ya 10,3
milyon manatı kasko sığortasının, qalan 11,3%-i və ya 5,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,9 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-may aylarında bu göstərici 38,2 manat olub.

Son xəbərlər
Digər xəbərlər