10 C
Baku
Friday, December 13, 2024

Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə mexanizmlər yaradılır

Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə mexanizmlər yaradılır.

Bu barədə Banker.az-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

Bildirilir ki, yanvarın 31-də ABA-da “Bakı yanaşması” adlı sənədin müzakirəsi ilə əlaqədar iclas keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub. Bankların səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası “Maliyyə xidmətlərinin inkişafına dair Strtaeji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması” sərlövhəli 1.2.1-ci tədbirinin icrası üzrə “Bakı yanaşması” adlı sənədin hazırlanması üzərində iş aparır.

Palata nümayəndələri ilə birgə işçi qrupunun yaradılması məqsədilə prosesə qoşulmaqda maraqlı olan banklar və onları prosesdə təmsil edəcək səlahiyyətli nümayəndələr (idarə heyətinin sədri və ya üzvləri səviyyəsində) Azərbaycan Banklar Assosiasiyası tərəfindən banklara müraciət edilərək müəyyənləşdirilib.

İclasın sonunda qərara alınıb ki, “Bakı yanaşması” sənədi ilə əlaqədar ABA-ya üzv təşkilatların rəy və təklifləri yazılı şəkildə quruma Assosiasiyaya bildirilsin.

Son xəbərlər
Digər xəbərlər