“PASHA Bank” ASC Qeyri-Kredit Bankçılıq Xidmətləri Departamentinin Hesab və Ödəniş Xidmətləri Şöbəsinin Mütəxəssisi vakansiyasını elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Rəqəmsal Bankçılıq məhsulları üzrə müştərilərlə fəaliyyətdə olması, yeni müştərilərin cəlb edilməsi prossesinə qoşulması
Rəqəmsal Bankçılıq məhsulları üzrə Müştəri Xidmət Komandasının tərkibi olaraq planlama prossesində iştirak etməsi
Müştəri menecerlərinə və digər struktur bölmələrə (Məlumat mərkəzi, Biznes mərkəzləri və s.) Rəqəmsal Bankçılıq məhsullarının xüsusiyyətləri üzrə mütəmadi məlumat verməsi
Məhsullarla əlaqəli risklərin müəyyən edilməsi və qarşısının alınması üzrə təşəbbüsün irəli sürülməsi
Rəqəmsal Bankçılıq məhsulları üzrə Satış imkanları və gəlirlərinin artırılmasında məsul olması və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunması, bu məhsullar üzrə müştəri menecerləri və Biznes mərkəzlərinə satışla əlaqəli dəstəyin göstərilməsi
Mütəmadi olaraq bu Rəqəmsal Bankçılıq məhsullarının gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması, müştərilərin əməliyyatlarının Kağız daşıyıcıları üzərindən Rəqəmsal kanala keçirilməsinin təminatı, yeni rəqəmsal kanal məhsullarının inkişaf etdirilməsi
Rəqəmsal Bankçılıq məhsulları ilə əlaqəli problemlərin mütəmadi və proaktiv formada həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması
Bank Sistemlərinin İnkişafı Departamenti və digər məhsul menecerləri ilə birlikdə bank xidmətlərinin Rəqəsmal Bankçılıq kanalı üzrə təqdim edilməsinin təşəbbüskarı olmaq
Seqment və Biznes Mərkəzlərinə Rəqəmsal bankçılıq kanalı ilə əlaqəli təqdimatların, tədris materiallarının hazırlanmasında dəstək olması, broşurların, təlimatların və yeni xidmətlə əlaqəli digər vəsaitlərin təşkil edilməsi ilə əlaqədar Təşkilatı İnkişaf və Xidmət Təminatı, Korporativ Kommunikasiyalar funksiyaları ilə birbaşa koordinasiyanın edilməsi
Rəqəmsal Bankçılıq məhsulları ilə əlaqəli dövrü olaraq təqdim edilən hesabatların tədqiq edilməsi, istər Müştəri seqmentləri, istərsə də biznes mərkəzlərinə göstəriciləri kommunikasiya edərək satışın artırılmasına dəstək göstərməsi
Rəqəmsal bankçılıq məhsulları ilə əlaqəli yeni məhsul tiplərinin və mövcud məhsulların inkişaf etdirilməsi
VƏZİFƏNİN DİGƏR XÜSUSİYYƏTLƏRİ:
– Bank sahəsində minimum 1 il iş təcrübəsi ( Müştəri Xidmətləri, Marketinq, Digital (Internet) Banking)
– Dillər: Azərbaycan / İngilis / Rus
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 07.05.2018-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Qeyri-Kredit Bankçılıq Xidmətləri Departamentinin Hesab və Ödəniş Xidmətləri Şöbəsinin Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.