1 C
Baku
Saturday, December 14, 2024

Qeyri kredit məhsulları üzrə menecer – Bank Respublika ASC

Qeyri kredit məhsulları üzrə menecer
(Baş ofis)

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır.Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Təhsil: ali;
• İş təcrübəsi: Bank sektorunda fiziki və hüquqi şəxslərə xidmət sahəsində ən azı 3 il təcrübə;
• Hesablaşmalar və plastik kartlar sahəsində dərin biliklər;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl olmalı, İngilis dili arzuolunandır;
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər.

ŞƏXSİ KEYFİYYƏTLƏR:

• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Müzakirələr zamanı proektiv mövqeyə malik olma və ideya,təkliflərini əsaslandırma bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və dəyişikliklərə tez uyğunlaşma;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı.

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Qeyri kredit məhsullarının yaradılması və inteqrasiyası;
• Mövcud və yeni qeyri kredit məhsulları üzrə hədəflərin qoyulması və onların icrasına nəzarət;
• Bazar araşdırmalarının aparılması;
• Daxili hesabatların hazırlanması və onların təhlili;
• Xarici və daxili işçi qrupları ilə danışıqların aparılması;

İŞ ŞƏRTLƏRİ:

• İş vaxtı: 09:00 – 18:00
• İş günü: 5/2 (5 günlük iş rejimi)
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı.

MÜRACİƏT ÜÇÜN MƏSLƏHƏTLƏR

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• CV formanızın Word və ya PDF formatında hazırlanması məqsədəuyğundur;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində vakansiyanın adını qeyd edərək [email protected]elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər