9 C
Baku
Thursday, December 12, 2024

Qeyri-müəyyənlik şəraitində məhsuldar olmaq üçün nə etməliyik?

Əgər sizə də heç bir şəkildə işə konsentrasiya ola bilmirsinizsə və müəyyən dayaq nöqtəsinə ehtiyacınız olduğunu hiss edirsinizsə, elm və fəlsəfə dünyasının ideyaları sizə kömək edə bilər.

1. İdarə edə bilmədiyiniz şeylərə daha sadə yanaşın

İş günü ərzində stresə səbəb ola biləcək bir çox amil var. Bəlkə də onlardan ən çox cansıxıcı olan – vaxt çatışmazlığını və ya gününüzü istədiyiniz kimi idarə edə bilmədiyinizi hiss etməkdir.

Biz günümüzə bütünlüklə nəzarət edə bilmədiyimizi bilirik, amma nədənsə davamlı olaraq narahat oluruq və nəsə etməyə çalışırıq. Hərçənd ki, sakit və məhsuldar iş üçün əksinə, başımıza gələn bəzi hadisələri idarə edə bilmədiyimizi başa düşməliyik.

Əgər siz də həyata baxış tərzinizi dəyişdirmək istəyirsinizsə, stoisizm fəlsəfəsinə müraciət edin. Stoisizmin əsasında vecsizlik ideyası dayanır. Onun mahiyyəti ondan ibarətdir ki, insan zehni olaraq “əhəmiyyətsiz” adlandırdığı şeylərə daha sadə yanaşır. “Bu, diqqətimə layiq bir şey deyil”, – deyə düşünür.

Əlbəttə ki, kiçik və böyük problemlərə yanaşmanız fərqli olacaqdır.

2. Prioritetlərinizi yenidən nəzərdən keçirin

Prioritetləri seçmək qabiliyyəti – məhsuldarlığın açarıdır. Çətinlik onadır ki, zamanla bu prioritetlər dəyişə və ya sadəcə aktuallığını itirə bilər. Beyin bununla razılaşmaq istəmir və bu, Zeyqarnik effekti kimi koqnitiv yanlışlıqlara səbəb olur.

Buna görə özünüzdə daha bir bacarıq inkişaf etdirməlisiniz. Vaxtaşırı prioritetlərinizi yenidən qiymətləndirin, əhəmiyyətini itirənləri siyahıdan çıxarın. Bu işdə sizə aşağıdakılar kömək edə bilər:

– bütün layihələr üçün konkret vaxt təyin edin;

– etməli olmadığınız tapşırıqların siyahısını tutun;

– həftədə bir dəfə prioritetlərinizi yenidən nəzərdən keçirin;

– əgər özünüz qərar verə bilmirsinizsə, komandadan və ya rəhbərinizdən kömək alın. Onlar tam mənzərəni kənardan görürlər və sizə yardımçı ola biləcəklər.

3. Özünüzü tükənmədən qoruyun

Əgər davamlı olaraq ancaq yerinə yetiriləcək işləri düşünsəniz, müəyyən müddətdən sonra çox çətin vəziyyətə düşəcəksiniz. Çalışın bir tapşırıq seçin və bütün diqqətinizi ona yönəldin. İşinizi bitirəndən sonra növbəti addım atın.

Motivasiyanı itirməmək üçün başqalarından və ətrafınızdakı gözəlliklərdən ilham alın. Necə? Özünüz qərar verin. Əsas odur ki, sizə enerji verən insanı tapasınız. Bu, ən yaxın dostunuz, sevdiyiniz filmlər və ya təbiət ola bilər.

4. Vaxtınızı deyil, enerjinizi idarə edin

Məhsuldarlıq adətən sahib olduğunu enerji və vaxtın miqdarından asılı olur. Qeyd edək ki, enerji miqdarındakı dəyişikliklər insanın xronotipi – bioritmlər ilə bağlıdır.

Əgər xronotipinizi hələ də bilmirsinizsə, sizə Deniel Pinkin Timehacking kitabını oxumağı və oradakı testi keçməyi tövsiyə edirik:

– Təsəvvür edin ki, sabah heç yerə getməli deyilsiniz, bu halda saat neçədə yatacaqsınız? Cavabınızı qeyd edin.

– Belə günlərdə saat neçədə duracaqsınız?

– Bu iki göstəricinin orta qiymətini tapın. Məsələn, tutaq ki, gecə saat 1-də yatırsınız və səhər 9-da oyanırsınız. Bu halda orta qiymətiniz 5:00 olacaq.

Orta qiymət əsasında asanlıqla xronotipinizi müəyyən edə bilərsiniz.

– 3:00-ə qədər –torağay;

– 5:30-a qədər – bayquş;

– 3:30-dan 5:30-a qədər – göyərçin.

5. Daha məhsuldar olmaq yeni faydalı vərdişlərə yiyələnin

Gündəlik fəaliyyətlər vərdişlərimizdən asılıdır, bu səbəbdən sizin üçün daha faydalı olanları seçmək çox vacibdir. Bunun üçün elmi yanaşmadan istifadə edin. Alimlər yeni ideyaları bizim kimi yoxlamırlar. Onlar idarə edə biləcəkləri şəraitdə təcrübə aparırlar. Qeyd edək ki, bu metodu həmçinin gündəlik həyatda da tətbiq  etmək olar:

– Qarşıya sual qoyun. Məsələn, “Daha çox şey çatdırmaq üçün nə edə bilərəm?”

– Məlumatlar toplayın. Məqalə və kitab oxuyun, podkast dinləyin.

– Fərziyyə formalaşdırın. Sizə daha məhsuldar olmağa kömək edəcək strategiyalardan birini seçin və ona riayət etdiyiniz təqdirdə, nələrin baş verəcəyini düşünün.

– Əldə etdiyiniz məlumatları təhlil edin. Fərziyyəniz doğru, yoxsa yanlış çıxdı? Əgər yanlış çıxdısa, niyə belə oldu? Lazımi nəticə əldə etmək üçün nəyi dəyişdirməlisiniz?

– Təcrübə aparmağa davam edin və sonda sizə uyğun olan strategiya tapacaqsınız.

 

 

Son xəbərlər
Digər xəbərlər