12 C
Baku
Monday, November 25, 2024

Qeyri-nağd ödəniş sistemi ilə korrupsiyaya son

Azərbaycanda son illər ödəmə kartlarından istifadə fəallığı azalıb. Bu gün hər 100 nəfərdən yalnız 10 nəfəri  ödəmə kartından istifadə edir. Qeyri-nağd ödəniş sistemlərinin  inkişafı ölkədə çox ləng inkişaf edir. Ekspertlərin fikrincə, ölkədə bu günlə müqayisədə,  qeyri-nağd ödəniş sistemində  əvvəllər çox böyük aktivlik müşahidə edilirdi.

Dünya təcrübəsi göstərir ki, neqativ hallara qarşı mübarizə sahəsində ən mühüm vasitələrdən biri də bütün sahələrdə şəffaf maliyyə alətlərinin, xüsusən də qeyri-nağd ödəniş sisteminə keçidin təmin edilməsidir. İqtisadi sahədə keçid dövrünün başa çatması, ölkənin sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi adekvat olaraq  Azərbaycanda da sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə çevirmişdir. Şəffaflıq və hesabatlılığın təmin olunması hazırkı dövrdə özəl sektorun da inkişafının vacib elementi kimi çıxış edir. İstər ticarət, məişət, istərsə də iaşə obyektlərində    qeyri-nağd ödəniş sistemlərinin  tətbiq olunması ölkə iqtisadiyyatının inkişafına böyük təkan verə bilər.

Digər tərəfdən isə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması, həmin ticarət müssisələrinin  vergidən yayınmasına mane olur.

Bu da öz növbəsində  korrupsiya və rüşvətxorluğa qarşı  mübarizədə böyük rol oynayır. Inkişaf etmiş ölkələrdə plastik kartlardan  daha geniş istifadə olunur. Bu kartların əsas üstünlüyü ondadır ki, insanlar külli miqdarda nağd pulu özləri ilə gəzdirmirlər. Və əlbəttə ki, bu da cibgirlik, oğurluq kimi  kriminal hadisələrin  azalmasına, vətəndaşların daha rahat yaşamasına şərait yaradır. Yəni insanlar özlərini  daha rahat və güvənli hiss edə biləcəklər.

Qeyri-nağd ödəniş sisteminin  inkişafında olan ləngimə, məhz bu sahədə əhali arasında düzgün maarifləndirmə işinin aparılmadığından yaranır.

Son xəbərlər
Digər xəbərlər