9 C
Baku
Thursday, December 12, 2024

Qeyri-neft məhsullarının ixracda payı artıb

Azərbaycanın 2019-cı ilin mart ayında xarici ticarətin həcmi  4 milyard 484,55 mln. manat təşkil edib. 

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu il ixracda xam neftin payı 78,81% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə payın azalması deməkdir. Belə ki, ötən ilin martında xam neft məhsullarının ixracda payı 80,06 %  təşkil edirdi.

Bildirək ki,  ötən ilin analoji dövrü ilə müqayisədə təbii qaz bu il ixracda payının 9,49%-ə (425,39 mln. manat) qədər artması olub. Təbii qazın ixracda  payı ötən ilin müvafiq dövründə 5,02% idi. 

Ümumilikdə isə neft-qaz məhsullarının xarici ticarətdə payı bu ilin martında  90,55 % təşkil edib ki, bu da ötən ilki 89.13% rəqəmindən çox olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər