Qeyri-neft sektoru üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz və ya 421,8 milyon manat çoxdur.
Banker.az xəbər verir ki, cari ilin 8 ayında qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manata yaxın vəsait daxil olub. Ümumi daxilolmada qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 73,1 faiz yüksəlib.
Bundan başqa 2021-ci ilin 8 ayında qeyri-neft-qaz sektorunda ƏDV ödəyicilərində “e-qaimə” ilə rəsmiləşən dövriyyələrin həcminin əvvəlki illə müqayisədə 15,4 faiz artımı qeydə alınıb.