15 C
Baku
Thursday, March 13, 2025

Qeyri-neft-qaz sektorunda ƏDV ödəyicilərinin elektron qaimə faktura üzrə rəsmi dövriyyəsi 11% artıb

2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ƏDV ödəyicilərinin elektron qaimə faktura üzrə rəsmiləşən dövriyyəsi 2023-cü ilə nisbətən 11,4% çox olub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.

“Hazırda həmin dövriyyə cəmi ƏDV dövriyyəsində 58% paya malikdir. Bu da çox yaxşı göstəricidir, sahibkarlıq subyektlərinin uçot sisteminə yanaşmasındakı dəyişikliyi göstərir”, – deyə o qeyd edib.

Bundan başqa, O.Nəzərlinin sözlərinə görə, Dövlət Vergi Xidməti intizamlı və intizamsız vergi ödəyicilərinə fərqli münasibət göstərilməsinə xüsusi önəm verir: “Bu gün şəffaf işləyən və yaxud işləmək istəyən hər bir sahibkar əmin ola bilər ki, vergidən yayınmaya cəhd edən və yayınanlara münasibətdə daha üstün mövqedədir. Bu səbəbdən də şəffaf işləyənlərə münasibət onların dəstəkləməyə, vergidən yayınanlara münasibət isə bazar mühitin daraldılmasına yönəldilib. Bu həm də konstitusiya ilə müəyyən edilmiş əsas müddəalardandır, haqsız rəqabətə yol verilməməsinə və haqlı rəqabətin qorunmasına xidmət edir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər