8 C
Baku
Sunday, November 17, 2024

Qeyri neft-qaz sektorunda istehsal 10.7% artıb – Dövlət Statistika Komitəsi

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 49.3 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.5% çox sənaye məhsulu istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri neft-qaz sektorunda isə 10.7% artıb.

DSK-nın hesabatına əsasən, sənaye məhsulunun 75.6%-i mədənçıxarma sektorunda, 20.5%-i emal sektorunda, 3.3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4.5% azalıb, əmtəəlik qaz hasilatı isə 15.3 faiz artıb.

Komitədən bildirilir ki, emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2.6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 63.9%, mebel istehsalı 56.5%, geyim istehsalı 52%, maşın və avadanlıqların istehsalı 39%, kompüter, elektron və optik məhsulların istehsalı 34.5%, hazır metal məmulatlarının istehsalı 32.4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29.4%, poliqrafiya məhsullarının istehsalı 26.5%, tikinti materiallarının istehsalı 24.9%, kimya sənayesi məhsullarının istehsalı 18%, metallurgiya sənayesi məhsullarının istehsalı 17.2%, kağız və karton istehsalı 16.7%, qida məhsullarının istehsalı 11.5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 9.5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 0.8% artıb, tütün məmulatlarının istehsalı 2.4%, içkilərin istehsalı 6.9%, neft məhsullarının istehsalı 11.6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20.3%, toxuculuq sənayesi məhsullarının istehsalı 24.6% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2.2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4.8% artıb.

Son xəbərlər
Digər xəbərlər