Ötən il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21.1 milyard manat təşkil edib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda deyib.
O, bildirib ki, bura bütün fiskal yığımlar aiddir:
“Bu məbləğ büdcənin ümumi fiskal yığımlarından 78.9 %-i həcmində olub. Ötən il vergi daxilolmaları 15.5 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 82.2 % çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə 8.1 milyon manat təşkil edib. 2022-ci ildə qeyri-neft-qaz sektotundan vergi daxilolmaları 2017-ci illə müqayisədə 1.8 milyard manat çox olub. 2021-ci illə müqayisədə isə 22.9 % artıq icra olunub”.
O.Nəzərli bildirib ki, ötən il vergi daxilolmalarında nominal artım tempi 27.9 % təşkil edib.