3 C
Baku
Monday, February 10, 2025

Qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı 68 %-ə çatıb

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi vacib çağırışlar nəticəsində olub.

Bunu Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatının” (World Development Report – WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 49 % olduğu halda, 2024-cü ildə 68 %-ə çatıb: “Bu dəyişiklik daha balanslı və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində göstərilən səylərin nəticəsidir. Əlbəttə ki, əhalinin rifahı da yüksəlib. Minimum əməkhaqqı, pensiya və məşğulluq imkanları artıb. Yoxsulluğun azaldılması ilə yanaşı dinamik və artan əhalinin ehtiyaclarının təmin edilməsi istiqamətində tədbirlər görülüb”.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan 1992-ci ildə Dünya Bankına üzv olduqdan sonra çox ciddi transformasiyadan keçib: “Biz xarici yardıma möhtac olkə statusundan hazırda Beynəlxalq İnkişaf Assosiasiyasına maliyyə yardımı göstərən ölkəyə çevrilmişik. Dünya Bankı bizim çox vacib tərəfdaşımız olub. Bank kənd təsərrüfatı, səhiyyə, nəqliyyat və digər infrastruktur layihələrinə ciddi dəstək göstərib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər