Qeyri-neft sektoru kapital investisiyalarının 75%-ni cəlb edib

Azərbaycanda 2025-ci ildə qeyri-neft-qaz sektoruna 16 milyard 357.6 milyon manat əsas kapital investisiyası yönəldilib.

Banker.az-ın məlumatına görə, neft-qaz sektoruna yatırımlar isə 5 milyard 380.4 milyon manat olub.

Bununla qeyri-neft-qaz sektorunun ümumi kapital qoyuluşlarındakı payı 75.3%, neft-qaz sektorunun payı isə 24.7% təşkil edib.

Müqayisəli qiymətlərlə qeyri-neft-qaz sektoruna investisiyalar əvvəlki ilə nisbətən 1%, neft-qaz sektoruna yatırımlar isə 9.6% azalıb.

Tikinti-quraşdırma işlərinə yönəldilən investisiyalarda da qeyri-neft sektorunun üstünlüyü qorunub. Bu istiqamətdə qeyri-neft-qaz sektoruna 13 milyard 535.1 milyon manat, neft-qaz sektoruna isə 2 milyard 704.6 milyon manat sərf edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər