10 C
Baku
Thursday, December 12, 2024

Rəsmi: Qeyri-neft sektoru məhsulları üzrə ölkəyə valyuta daxilolması 3.2% azalıb

Azərbaycanın xaricə satdığı qeyri neft-qaz məhsullarının həcmi öncəki illə müqayisədə 3.2% azalıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, 2021-ci ilin yanvar-fevral ayları ərzində 331.3 milyon dollar təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32.3 faiz), Rusiyaya (25.8 faiz), İsveçrəyə (10.6 faiz), Gürcüstana (8.6 faiz), ABŞ-a (4.0 faiz), Çinə (2.9 faiz), Ukraynaya (1.7 faiz), Almaniyaya (1.5 faiz), Türkmənistana (1.3 faiz), İtaliyaya (1.2 faiz), İrana (1.1 faiz), Birləşmiş Krallığa (1.0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Son xəbərlər
Digər xəbərlər