2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 44,9% artaraq 1 mlrd. 76,7 mln. manat təşkil edib. Neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 mln. manata çatıb.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.