18 C
Baku
Saturday, November 2, 2024

Qeyri-OPEC ölkələrində bu il neft hasilatının artım tempi cüzi enəcək

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azalmaya doğru cüzi korrektə edib.

2022-ci ildə sözügedən göstərici 65.78 mln. barel həcmində (öncəki proqnoz – 65.8 mln. barel) proqnozlaşdırılır.

Hesabata əsasən, gələn il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67.51 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63.65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62.97 mln. barel təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər