Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qeyri-OPEC ölkələrində neft hasilatının 2020-ci ildə gündəlik 2,4 milyon barel azalaraq 62,8 milyon barel/günə düşəcəyini gözləyir və 2021-ci ildə isə bu göstəricinin 0,9 milyon artacağını (63,7 milyon barel/günə qədər) proqnozlaşdırır.
Bu barədə OPEC-in oktyabr hesabatında deyilir.
OPEC-in qiymətləndirməsinə görə, 2020-ci ildə Rusiyada neft hasilatındakı azalma 1,1 milyon barel/gün səviyyəsində olacaq və 10,35 milyon barel/gün təşkil edəcəksə, ABŞ-da bu göstərici gündəlik 0,7 milyon barel azalaraq 17,8 milyon barel/günə bərabər olacaq.
2021-ci ildə OPEC-ə üzv olmayan ölkələrdə hasilatın artımının əsas hərəkətvericiləri ABŞ, Kanada, Braziliya, Norveç, Ekvador, Qətər, Qayana, Hindistan və Rusiya olacaqlar.
Misir, Oman, Çin, İndoneziya və Meksikada hasilatın azalacağı proqnozlaşdırılır.