5 C
Baku
Saturday, December 14, 2024

Qeyri-rezidentə elektron qaydada ödənişlər ƏDV-yə cəlb edilirmi?

Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət sahəsidir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda avtomobil kirayə götürülməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Son xəbərlər
Digər xəbərlər