Fiziki şəxs olmayan hər hansı xarici şəxs birgə sahibkarlıq fəaliyyəti həyata keçirdikdə onun hansı vergi öhdəlikləri yaranır?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 103.2-ci maddəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən qeyri-rezident şəxs fiziki şəxs statusunda fəaliyyət göstərmədikdə vergi orqanı həmin şəxsə hüquqi şəxs kimi yanaşır və onun gəlirləri mənfəət vergisinə cəlb olunur.
Lakin həmin qeyri-rezident Azərbaycandakı fəaliyyətinin birgə sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirildiyini sübuta yetirdikdə bu zaman birgə sahibkarlıq fəaliyyətinin iştirakçılarının vergi öhdəliyinin müəyyən olunması Vergi Məcəlləsinin 137-ci maddəsinin müddəaları əsas götürülməklə aparılır.
Əsas: Vergi Məcəlləsinin 103.2-ci və 137-ci maddələri.