7 C
Baku
Saturday, December 3, 2022

Qeyri-stabil bazar — Birjada gözlənti nədir?

Dünya mərkəzi banklarının qəbul etdiyi son faiz qərarlarından və inflyasiya göstəricilərindən sonra birjada vəziyyət qeyri-stabil olaraq qalır.

Bir çox indekslər, valyutalar, səhmlər və kriptolar ABŞ dollarına qarşı ucuzlaşmaqda davam edir.

Bu gün isə GBP/USD (ingilis funt-sterlinqi/ABŞ dolları) Bakı vaxti ilə gecədən başlayaraq 1.08 həddindən 1.03 həddinə kimi ucuzlaşdı. Bu isə 1985 Fevral ayındakı minimum həddindəndə (1.05 ) aşağı qiymət deməkdir. Bu qiymətdə texniki olaraq dəstək həddi var.

324

GBP/USD hal-hazırda 1.07 həddində ticarət olunur və əgər bu dəstək həddindən yenidən 1.10 üzərinə qayıtmağı bacararsa o zaman DXY (ABŞ Dollarının indeks dəyəri ) nisbətən korreksiya verə bilər. Bu da özü özlüyündə səhm, kripto və valyutalara müsbət təsir edə bilər. Bundan əlavə qızılda da ( 1620 $ ) həddində dəstək həddi var. Hal-hazırda spot qiyməti $1 645-ə ticarət olunan qızıl bu dəstək həddindən istifadə edə bilər. Bütün bunlar ABŞ dollarının qısamüddətli də olsa ucuzlaşa biləcəyini əvvəlcədən xəbər verir.

Bitcoin DXY-nın ucuzlaşmasından istifadə edərək $21 500 və $23 500 hədlərinə kimi bahalaşa bilər.

Bundan əlavə S&P 500 indeksi də dəstək həddinə yaxınlaşır. Bu hədd 3 600 bənd səviyyələrindədir. S&P 500 qısamüddətli olaraq 3 900 bənd səviyyəsinin üzərinə qalxa bilər. Hal-hazırda 3 660 bənd səviyyəsində ticarət olunur.

Yalnız uzunmüddətli baxarsaq, dünyada iqtisadi vəziyyət çox bədbindir və qaranlığa doğru getməkdədir. Belə olduğu halda mənim fikrimcə bu qalxışlar qısamüddətli olmalıdır. Mən bitkoin, S&P 500 və Qızılın yenidən ən yüksək həddlərinə kimi bahalaşmasına inanmıram. Bir az bahalaşma olub yenidən aşağı trend davam edəcəkdir.

Müəllif:
Nizami Qorçubəy,
birja üzrə ekspert

Son xəbərlər
Digər xəbərlər
X