13 C
Baku
Monday, May 20, 2024

Qeyri standart düşüncə tərzinin inkişafı

Bizim beynimizin imkanları sərhədsiz  və qeyri məhduddur. İnanmırsınız? Öz boz maddənizin inkişafı üçün onu məşq etdirməyə cəhd edin. Bu sizə biznesdə, karyerada və ünsiyyətdə yeni müvəffəqiyyətlər əldə etməyə imkan verəcək. İnsan cəmiyyətdə, təhsildə və əmək sferasındakı bütün uğurlarını öz beyninin gərgin əməyinə borcludur. Beyni aktivlik hamı üçün –məktəblilər, tələbələr, biznesmenlər və əməkdaşlar və s vacibdir. Hamı bilir ki, yeni nəyinsə öyrənilməsi, mütaliə, məlumatlandırıcı verilişlərə baxılması  insanın beyninə müsbət təsir göstərir.

Bəs qeyri standart düşüncə tərzini necə inkişaf etdirmək olar, yəni beynin indiyədək aktiv olmayan hissələrini hərəkətə gətirmək üçün nə lazımdır? Beynin məşq etdirilməsi sizdən o qədər də uzun müddət tələb etməyəcək, gün ərzində buna 15 dəqiqə ayırsanız kifayət edər.

Öz beyninin inkişafına  başqa cür yanaşmağı sadə bir yolu vardır. Dörd ədəd ağ kağız vərəqi götürün. Birinci vərəqdə adət etdiyiniz qaydada (normalda yazı yazmaq üçün hansı əldən istifadə edirsinizsə onunla)  soldan sağa nəsə yazın. Daha sonra eyni məzmunu yenə də adət etdiyiniz qolla, bu dəfə isə əks istiqamətdə, məsələn sağdan sola ikinci kağızı vərəqinin üzərinə yazın. Daha sonra isə eyni şeyi üçüncü və dördüncü kağızlarda, bu dəfə isə sizin üçün yazmağa vərdiş etmədiyiniz qolla yazın. Birinci kağız sizin can atmalı olduğunuz nümunə olmalıdır. Hər gün öz cəhdlərinizi təkrar edin və siz başqa cür düşünməyə başladığınızın şahidi olacaqsınız. Bu sadə çalışma sizin beyninizin gündəlik həyatda passiv davranış sərgiləyən və fəaliyyətdə olmaya hissələrini işə salmağa kömək edəcəkdir.

Nəticədə belə bir məşq sizə qeyri-standart qərarlar verməyə və hətta ən çətin situasiyadan asan çıxış yolu tapmaq imkanı verəcəkdir. Bu isə sizə həm işgüzar, həm də şəxsi həyatda dəfələrlə lazım olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər