1. Qeyri verbal davranışa fikir verin
İnsanlar informasiyanı müxtəlif üsullar ilə ötürür, ona görə də ilk öncə insanın gözlərinə, jestlərə, pozaya, sənin tonuna və s fikir verin. Onlar sözlərlə ifadə edilməsi mümkün olmayan vacib informasiyanı bəzən jestlərlə ötürürlər. Digər insanların qeyri verbal siqnallarına diqqət yetirərək, siz özünüzkiləri daha da təkmilləşdirəcəksiniz.
2. Uyumsuz davranış
Kiminsə sözləri onun qeyri verbal davranışına uyğun gəlməyəndə, daha da diqqətli olun. Kimsə sizə xoşbəxt olduğunu deyib də, lakin eyni zamanda burnunu çəkib yer baxırsa, siz ona inanarsınız? Adətən belə hallarda əksər insanlar deyilənlərə məhəl qoymayaraq, davranışa inanmağı daha üstün tuturlar.
3. Göz təması
İnsanlar digərlərinin gözünə baxmayanda, adətən belə təəssürat yaranır ki, onlar nəyisə gizlətməyə çalışırlar. Amma həddindən artıq davamlı göz kontaktı da konfrontasiya və ya kiməsə hədə qorxu gəlmə təsiri bağışlaya bilər. Baxmayaraq ki, bu ünsiyyətin olduqca vacib aspektidir, heç zaman gözləri zilləyərək “bərəltmək” lazım deyil. Bəzi mütəxəssisləri göz kontaktının davamiyyət müddətini 4-5 saniyə olmasını məsləhət görürlər.
4. Səs tonu
Ton, temp, səsin gücü, möhkəmlik insanın əhval ruhiyyəsi, onun həmsöhbətə münasibəti, söhbətin mövzusu haqqında böyük miqdarda informasiya ötürə bilər. Əvvəlcə sizin səs tonunuzun inşalara necə təsir etdiyinə diqqət yetirin. Daha sonra isə sizə lazım olan ideyaları fərqləndirmək məqsədi ilə səs imkanlarınızdan istifadə etməyə çalışın. Əlbəttə ki, digər insanların da səs xüsusiyyətlərinə fikir verməyi unutmayın.
5. Siqnallar qrupunu axtarın
Ayrılıqda bir jest elə də çox məna kəsb etməyə və ya tamamı ilə fərli mənaya gələ bilər. Verbal davranışı səlis oxumağı açarı – məcmu təzahürlərin axtarışıdır. Siz əgər siqnallar çoxluğunda yalnız bir siqnala diqqət yetirsəniz, yanlış nəticəyə gələ bilərsiniz.
6. Konteksti nəzərə alın
Ünsiyyət zaman həmişə kommunikasiyanın həyata keçirildiyi kontekstə fikir verin. Bəzi hallarda daha formal davranış sərgiləmək tələb olunur, lakin bu davranış başqa bir şəraitdə fərqli şəkildə şərh oluna bilərdi. Əgər siz qeyri verbal ünsiyyətdə daha səriştəli olmaq istəyirsinizsə, öz ötürdüyünüz siqnalları müvafiq formal səviyyəyə uğunlaşdırın.
7. Yanlış interpretasiya
Bəzi məlumatlara əsasən, salamlaşarkən əlləri möhkəm sıxmaq güclü şəxsiyyəti göstərir və əksinə salamlaşarkən ürəksiz davranma insan şəxsiyyətindəki zəiflikdən xəbər verir. Bu çox vacib məqamdır – çünki bu zaman qeyri verbal siqnalları təhrif etmək mümkündür. Zəif salamlaşma başqa bir şeyin də əlaməti ola bilər –məsələn insan artritdən əziyyət çəkir. Ona görə də həmişə hərəkəti və davranışı məcmu və toplam şəkildə nəzərdən keçin və bunun əsasında qiymətləndirin. Bu, sizə bir jestin verə biləcəyindən daha çox informasiya verəcəkdir.
Qeyri verbal siqnalları müşahidə etməyə, həmçinin öz səriştənizi təkmilləşdirməyə davam edin və siz sonra öz ünsiyyətinizi daha effektiv etməyə nail olacaqsınız.