Qeyri-yaşayış sahəsi satanlar nə qədər vergi ödəməlidir?

0

Hüquqi və ya fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekti) təqdim etdikdə həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar və əlavə olaraq 1,5 əmsalı tətbiq edilərək hesablanan vergi alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

Vergiyə cəlb edilən qeyri-yaşayış sahəsinin (obyektin) hər kvadratmetri üçün sadələşdirilmiş vergi aşağıda göstərilən qaydada hesablanır


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

SVM = S x 15 manat x ZƏ x 1,5

SVM – ödəniləcək sadələşdirilmiş verginin məbləği

S     – qeyri-yaşayış (obyekt) sahəsi (m²-lə)

15 manat – verginin hesablanması üçün baza məbləği

ZƏ – Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı.

1,5 – qeyri-yaşayış (obyekt) sahəsi üçün tətbiq olunan əmsal.

Misal – 1. Adil Əliyev Bakı şəhər “İçərişəhər” metro stansiyasının (Zona 1) yaxınlığında yerləşən və sahəsi 100 m olan qeyri-yaşayış sahəsi (mağazası) vardır. Həmin mağaza satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

100 * 15 *4*1.5 = 9 000 manat vergi ödəyəcək

Misal – 2. Elşən Qəmbərov Bakı şəhər “28 may” metro stansiyasının (Zona 2) yaxınlığında yerləşən və sahəsi 200 m olan qeyri-yaşayış sahəsi (ofisi) vardır. Həmin ofis satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

200 * 15 *3*1.5 = 13 500 manat vergi ödəyəcək

Misal – 3. Asif Ağayevin Bakı şəhər İnşaatçılar prospektində (Zona 3) sahəsi 250 m olan qeyri-yaşayış sahəsi (kişi salonu) vardır. Həmin salon satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

250 * 15 *2.2*1.5 = 12 375 manat vergi ödəyəcək

Zona 4-də üçlə eynidir yəni 2.2 rəqəmdir.

Misal – 4. Əsgər  Quliyev Bakı şəhər “20 Yanvar” metro stansiyasının (Zona 5) yaxınlığında yerləşən və sahəsi 400 m olan qeyri-yaşayış sahəsi (avto yuma məntəqəsi) vardır. Həmin məntəqə satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

400 * 15 *1.8*1.5 = 16 200 manat vergi ödəyəcək

Digər zonalar üzrə əmsallar burada: http://www.taxes.gov.az/modul.php?name=sadeleshmish&cat=5

Misal – 5.  Akif  Hümbətovun Sumqayıt şəhərində sahəsi 4000 m olan qeyri-yaşayış sahəsi (Şadlıq sarayı) vardır. Həmin saray satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

4000* 15 *1.5*1.5 = 135 000 manat vergi ödəyəcək

Əmsal 1.5 Gəncə və Xırdalan üçündə eynidir.

Misal – 6.  Qasım  Səmədovun Şəki şəhərində sahəsi 600 m olan qeyri-yaşayış sahəsi (şirniyyat evi) vardır. Həmin şirniyyat satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

600* 15 *1.2*1.5 = 16 200 manat vergi ödəyəcək

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan əmsal eynidir. Yəni 1,2.

Misal – 7.  Əzim Xankişiyevin Sabirabad rayonu yaxınlığında yerləşən və sahəsi 300 m olan qeyri-yaşayış sahəsi (çayxanası) vardır. Həmin çayxana satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

300* 15 *0.5*1.5 = 3 375 manat vergi ödəyəcək

Respublikanın digər rayon (şəhər) və qəsəbələr (kəndlər) əmsal 0.5-dir.

İqtisadçı-ekspert Rauf Qarayev