11 C
Baku
Saturday, October 4, 2025

QHT-lərə bank əməliyyatları aparmaq qismən qadağan edildi

Baş nazir Artur Rasizadə “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nı təsdiq edib.

Banker.az Oxu.Aza istinadən xəbər verir ki, yeni qaydalara görə, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Məlumata görə, ianə edilən pul vəsaitləri 200 manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin QHT-nin bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.

Qeyd edək ki, ərizədə göstərilən məlumatlar və ya ona əlavə edilən sənəddə yanlış məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, habelə ərizə və ya ona əlavə edilən sənəd təqdim olunmadıqda, ianə barədə məlumatların reyestrə daxil olunmasından və bu barədə bildirişin verilməsindən imtina edilir.

Bundan başqa, Nazirlər Kabinetinin məlumatına görə, QHT qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları Maliyyə Nazirliyinə də təqdim etməlidir.

QHT-lərin ianələrin qəbul edilməsi və ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların Ədliyyə Nazirliyinə təqdim edilməsi qaydaları haqqında daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq olar:

Son xəbərlər
Digər xəbərlər