10 C
Baku
Wednesday, December 11, 2024

QHT layihələri üzrə maliyyə hesabatlarının tərtibi, təqdimatı haqqında təlimatına əlavə və düzəlişlər edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Agentliyin “Qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təkmilləşdirilməsi məsələsinə baxılıb. Müşahidə Şurasının üzvləri tərəfindən verilən təkliflər nəzərə alınaraq, sənəddə müvafiq əlavə və düzəlişlər təsdiqlənib.

Daha sonra Agentliyin 2 qrant müsabiqəsi ilə bağlı təklif müzakirəyə çıxarılıb. Təklif edilib ki, yaxın günlərdə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqamətində qrant müsabiqələri elan edilsin.

Müzakirələr zamanı QHT-lərin müsabiqələrdə fərdi və koalisiya formasında iştirakı təklif edilib. Sonda hər iki müsabiqəsinin elan edilməsi ilə bağlı Agentliyin aparatına müvafiq tövsiyə verilib.

 

 

Son xəbərlər
Digər xəbərlər