Daşınma yolu ilə tərkibinə qida əlavələrinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısı müəyyənləşib.
Bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.
Həmin qida məhsulları aşağıdakılardır:
– Ət hazırlıqları istisna olmaqla, emal olunmamış qida məhsulları
– Bal
– Heyvan və ya bitki mənşəli emulsiya edilməmiş bərk və duru yağlar
– Kərə yağı
– Dad-aromatik maddələr əlavə edilməmiş pasterizə və strelizə edilmiş (UHT də daxil olmaqla) süd və dad-aromatik maddələr əlavə edilməmiş sadə qaymaq (yağı azaldılmış qaymaqlar istisna olmaqla)
– Fermentləşdirildikdən sonra termik emal olunmamış, dad-aromatik maddələr əlavə edilməmiş süd məhsulları
– Dad-aromatik maddələr əlavə edilməmiş ayran (sterilizə edilmiş ayran istisna olmaqla)
– Təbii mineral sular, bulaq suyu və bütün digər qablaşdırılmış sular
– Qəhvə (dad-aromatik maddələr əlavə edilmiş həll olunan qəhvə istisna olmaqla) və qəhvə ekstraktarı
– Dad-aromatik maddələr əlavə edilməmiş çay yarpaqları
– Şəkər
– Quru makaron məmulatları, qlütensiz və (və ya) yüksək zülallı pəhriz üçün nəzərdə tutulmuş makaronlar istisna olmaqla
– Körpələr və erkən yaşlı uşaqlar üçün qida məhsulları, o cümlədən körpələr və erkən yaşlı uşaqlar üçün tibbi məqsədli qida məhsulları.
Daşınma yolu ilə tərkibinə qida rəngləyicilərinin daşınmasına yol verilməyən qida məhsulları da müəyyənləşib:
– emal olunmamış qida məhsulları
– Bütün qablaşdırılmış sular
– Süd, tam yağlı, yarı yağlı və yağsız süd, pasterizə və ya sterilizə edilmiş (UHT sterilizə edilmiş də daxil olmaqla) (dad-aromatik maddələr əlavə edilməmiş)
– Şokoladlı süd
– Fermentləşdirilmiş süd (dad-aromatik maddələr əlavə edilməmiş)
– Preservləşdirilmiş südlər (qatılaşdırılmış süd, quru süd) (dad-aromatik maddələr əlavə edilməmiş)
– Ayran (dad-aromatik maddələr əlavə edilməmiş)
– Qaymaq və qaymaq tozu (dad-aromatik maddələr əlavə edilməmiş)
– Heyvan və ya bitki mənşəli bərk və duru yağlar
– Yetişmiş və yetişməmiş pendir (dad-aromatik maddələr əlavə edilməmiş)
– Qoyun və keçi südündən alınan kərə yağı
– Yumurta və yumurta məhsulları
– Un və digər üyüdülmüş məhsullar və nişastalar
– Çörək və buna bənzər məhsullar
– Makaron və kartof qnoçisi (ənənəvi İtalyan yeməyi)
– Bütün mono- və di-saxaridlər daxil olmaqlar şəkərlər
– Tomat pastası və konservləşdirilmiş və qablaşdırılmış pomidorlar
– Tomat əsaslı souslar
– Meyvə şirələri və nektarları, tərəvəz şirələri və nektarları
– Konservləşdirilmiş və ya şüşədə qablaşdırılmış, yaxud qurudulmuş meyvələr, tərəvəzlər (kartof da daxil olmaqla) və göbələk; emal olunmuş meyvələr, tərəvəzlər (kartof da daxil olmaqla) və göbələk
– Ekstra mürəbbə(meyvə tərkibi daha yüksək olan mürəbbə), ekstra jele(meyvə tərkibi daha yüksək olan jele) və şabalıd püresi, gavalı cemi (crème de pruneaux)
– Balıq, mollyusk və xərçəngkimilər, ət, quş əti və ov heyvanların əti, habelə onların hazırlıqları (bu inqrediyentləri ehtiva edən hazır yeməklər istisna olmaqla)
– Kakao məhsulları və şokolad məhsullarındakı şokolad komponentləri
– Qovrulmuş qəhvə, çay, bitki və meyvə dəmləmələri; çay, bitki və meyvə dəmləmələri və kasnı ekstraktları; dəmləmə üçün çay, bitki, meyvə və taxıl hazırlıqları, o cümlədən onların qarışıqları
– Duz, duz əvəzediciləri, ədviyyatlar və ədviyyat qarışıqları
– Şərablar, üzüm şirəsi, üzüm mustu
– Distillə yolu ilə əldə olunan alkoqollu içkilər, maserasiya və distillə yolu ilə alınan (meyvə adına uyğun adlandırılmış) içkilər, London cin Sambuca, Maraschino, Marrasquino və ya Maraskino və Mistrà
– Sangria (şərabdan alınan içki), Clarea (ağ şərabdan alınan içki) və Zurra (brendi və şərab distillə alkoqollu içkidən alınan içki)
– Şərab sirkəsi
– Körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalar, o cümlədən körpələr və erkən yaşlı uşaqlara tibbi məqsədlər üçün hazırlanan qida məhsulları
– Bal
– Taxıl cücərtisi (səməni) və taxıl cücərtisi məhsulları.