14 C
Baku
Sunday, November 24, 2024

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 2 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 4 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
Sucayev Elməddin Ələddin oğluna məxsus mağaza Biləsuvar rayonu, Biləsuvar şəhəri, N.Gəncəvi küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
“Rəncbər” market Hacıqabul rayonu, Rəncbər kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Salahov İxtiyar Bayram oğluna məxsus mağaza Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
“Seyidlər” kafesi Masallı rayonu, Masallı şəhəri, Ələt-Astara şosesi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

 

Son xəbərlər
Digər xəbərlər