18 C
Baku
Thursday, April 25, 2024

Qida sahəsində idxal-ixrac üzrə bir sıra xidmətlər elektronlaşdırılıb

Azərbaycanda idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, hazırda “Yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi”, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın surətinin verilməsi, “Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması”, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatında dəyişikliklərin edilməsi”, “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi”, “Ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənədin (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan) verilməsi”, “İdxal karantin icazəsinin verilməsi”, “Daxili karantin sertifikatının verilməsi”, “Bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatın verilməsi”, “Baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları idxalına icazə rəyinin verilməsi”, “Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi” və “Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi” xidmətləri tam olaraq elektronlaşdırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər