-3 C
Baku
Sunday, December 15, 2024

Qida şirkətinin kapitalı 40 milyon manata çatdırılır

Azərbaycanda qida bazarında yeni oyunçu “AgroTrade Supply” MMC-nin (ATS) törəmə şirkəti “ATS Food” MMC-nin nizamnamə kapitalı artırlaraq 38.3 milon manata çatdırılıb.

Banker.az xəbər verir ki, son əməliyyatlarda onun nizamnamə kapitalı 15 milyon manat və ya 64.4% artırılmış olub.

Cari ilin əvvəli isə şirkətə daha 23 mln. manat vəsait yatırılmışdı.

“ATS Food” MMC ölkənin qida istehsal edən şirkətlərindən iri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb. Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı.

ATS ölkədə aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə əməkdaşlıq edən, alıcılara kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən bir şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirməkdir.

ATS-in strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir. Bundan başqa ATS Qrup 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər