16 C
Baku
Wednesday, April 17, 2024

Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinə yeni sədr təyin edilib

Əli Tahir oğlu Nəbiyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub.

Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Ə.Nəbiyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür. Bu təyinatadək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər