6 C
Baku
Sunday, December 15, 2024

Qida Təhlükəsizliyi Agentliyinə bir sıra səlahiyyətlər verilib

“Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nda dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Dəyişikliyə əsasən, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.

“Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”də edilən dəyişikliklərə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

“Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nda edilən dəyişikliyə əsasən isə, dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Son xəbərlər
Digər xəbərlər