1 C
Baku
Saturday, December 14, 2024

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi 11 nəfərlə təsdiqləndi

Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqındam sərəncam imzalayıb. Banker.az bu barədə Prezidentin rəsmi saytına istinadən məlumat verir.

Sərəmcamda deyilir,

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 11 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri.

Son xəbərlər
Digər xəbərlər