-1 C
Baku
Sunday, December 15, 2024

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyəti azaldıldı

Nazirlər Kabineti “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”da dəyişiklik edib.

Banker.az xəbər verir ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Maliyyə Nazirliyinə təqdim edir. Hesablamalar yoxlanıldıqdan sonra lazım olan vəsaitlər Qida Təhlükəsizliyi Agentliyinə ayrılan vəsaitlər bölməsində nəzərdə tutulur.

Dəyişikliyə əsasən, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əvəzlənir. Başqa sözlə, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Maliyyə Nazirliyinə təqdim edir. Hesablamalar yoxlanıldıqdan sonra lazım olan vəsaitlər Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılan vəsaitlər bölməsində nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər