20 C
Baku
Wednesday, April 24, 2024

Qida üzrə sahibkarlıq subyektlərinin qeydiyyatı onlayn qaydada həyata keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirəcək.

Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edəcəklər. 

Sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçiriləcək.

Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər