20 C
Baku
Tuesday, October 8, 2024

Qığrızıstan parlamentinin sədri istefa verdi

Qırğız Respublikası parlamentinin sədri Kanat İsayev tutduğu vəzifədən istefa verib.

“24.kg” xəbər verir ki, bu barədə o, parlamentin iclasında bildirib.

İsayev oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra bu vəzifəyə seçilmişdi. Bu siyasi kampaniyanın nəticəsi isə oktyabrın 5-də gerçəkləşmiş etiraz aksiyalarından sonra etibarsız sayılıb. Bununla belə, İsayev bildirib ki, prezidentliyə namizəd olaraq irəli sürüldüyü üçün sədrlikdən istefa verib.

Qeyd edək ki, 5 oktyabr etiraz aksiyasından sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa verib. Oktyabrın 15-dən dövlət başçısının səlahiyyətlərini baş nazir Sadır Japarov icra edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər