21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Qırğız Respublikasına yeni baş nazir təyin edilib

Screen Shot 2021 09 02 at 14.34.20

Qırğız Respublikasının prezidenti Sadır Japarov Ulukbek Maripovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Qırğız Respublikası prezidentinin rəsmi saytı məlumat yayıb.

Sadır Japarov başqa sərəncamı hökumət üzvlərini də təyin edib.

Sərəncama əsasən, Omurəliyev Taalaybek, Kazakbayev Ruslan tutduqları vəzifədən azad edilərək müdafiə naziri və xarici işlər naziri təyin olunublar.

Qeyd edək ki, Ulukbek Maripov 1979-cu ildə Qırğız Respublikası Oş vilayətinin Nookat rayonunda anadan olub. Oş Dövlət Universiteti və Texnologiya Universitetinin “Maliyyə-kredit” və “Hüquq” fakültələrini bitirib. 2011-ci ildən 2015-ci ilədək keçmiş prezident Almazbek Atambayevin köməkçisi işləyib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər