13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Qırğız Respublikasında hökumət istefa verib

faizlere

Qırğız Respublikasında bu günlərdəki erkən prezident seçkilərində qalib gəlmiş hazırkı Baş nazir Sadir Japarov baş nazir vəzifəsindən istefa verib.

“Kabar” xəbər verir ki, Prezident Aparatının rəhbəri Söyünbek Kasmambetov bu gün jurnalistlərə Sjaparovun başçılıq etdiyi hökumətin də istefa verdiyini bildirib: “Hazırkı hökumət üzvləri yeni hökumət heyəti seçilənədək vəzifə başında qalacaqlar”.

Yeni Prezident Sadir Japarovun yanvarın 28-də keçiriləcək andiçmə mərasimi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Bu barədə fərmanı ölkə prezidenti əvəzi, Joğorku Keneş (Ali Məclis) sədri Talant Mamıtov imzalayıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası tərəfindən dünən təsdiqlənmiş rəsmi nəticələrə görə S.Japarov 1 105 248 səs qazanıb ki, bu da səsvermədə iştirak edənlərin 79,2 faizidir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər