Qırğız Respublikasının prezidenti Sadır Japarov ölkə hökumətinin Nazirlər Kabinetinə çevrilməsinə dair fərman imzalayıb.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən qeyd ediblər ki, Qırğız Respublikasının yeni konstitusiyasına əsasən ölkədə prezident idarəetmə forması bərqərar olunur, icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşmasının yeni proseduru təyin olunur.
Bu yeniliklər əslində parlament-prezident idarəetmə formasından prezident idarəetmə formasına qayıdış deməkdir. Bu il yanvarın 10-da baş tutmuş referendumda ölkə vətəndaşlarının təqribən 80 faizi prezident idarəetmə formasının lehinə səs verib.