Qırğızıstanın keçmiş prezidentləri Askar Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl mədənindəki korrupsiyada ittiham olunaraq beynəlxalq axtarışa verilib. Banker.az “Kommersant”a istinadən xəbər veriru barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşıyev məlumat verib.
“Keçmiş prezidentlər Akayev və Bakiyev “Kumtor” hadisəsinin istintaqı faktı üzrə beynəlxalq axtarışa verilib”, – deyə cənab Taşıyev qeyd edib.
Onlardan başqa bu işə daha bir neçə yüksək vəzifəli məmur cəlb edilib: keçmiş Baş nazirlər Apas Jumaqulov, Omurbek Babanov, İqor Çudinov, parlamentin keçmiş spikeri Asılbek Jeenbekov və Bakiyevin kiçik oğlu Maksim Bakiyev.
Xatırladaq ki, “Kumtor” – Orta Asiyanın ən böyük qızıl yatağıdır. O, Qırğızıstanın İssık-Kul bölgəsində, Bişkekdən 350 km məsafədə yerləşir. Təkcə 2020-ci ildə burada 17.3 ton qızıl istehsal edilib.
Askar Akayev 1991-2005-ci illərdə Qırğızıstana rəhbərlik edib və çevrilib nəticəsində vəzifəsindən uzaqlaşdırılıb, hal-hazırda Moskvadadır. Kuranbek Bakiyevin kiçik oğlu Maksim Bakiyev də inqilab nəticəsində devrilib, sonra məhkəmə tərəfindən qiyabi ömürlük həbs cəzasına məhkum edib, hal-hazırda Belarusdadır. Qırğızıstan hökuməti dəfələrlə onun vətənə ekstradisiya edilməsini tələb etsə də, Belarus buna rədd cavabını verib.