İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyevlə görüşüb.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Qırğızıstanla nəqliyyat–tranzit, kənd təsərrüfatı, investisiya, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib, Qırğızıstan şirkətləri Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.
Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirə aparıblar.