13 C
Baku
Thursday, April 18, 2024

Qırğızıstan Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrə un ixracına qadağa qoyub

Qırğızıstan buğda ununun Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrə ixracına müvəqqəti qadağa tətbiq edib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Avrasiya İqtisadi İttifaqının üzvü olmayan ölkələrə 100 min tondan çox unun ixracı iki ay müddətinə – 2022-ci il noyabrın 1-dən dekabrın 31-dək qadağan edilib.

Bu qərar ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq məhsullarının bazar qiymətlərini sabitləşdirmək məqsədilə qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər