9 C
Baku
Friday, December 13, 2024

Qırğızıstan bəzi yaşayış məntəqələrinin azad edildiyini bildirib

Qırğızıstanın Batken vilayətində Tacikistan hərbçiləri tərəfindən əvvəllər ələ keçirilən bir sıra yaşayış məntəqələri azad edilib.

Bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Batken vilayətində əvvəllər ələ keçirilmiş bir sıra yaşayış məntəqələri azad edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında olan yerli özünüidarəetmə orqanları vasitəsilə humanitar yardımın çatdırılması üçün yerlərdə müvafiq tədbirlər təşkil olunur”, – mətbuat xidməti bildirib.

Nazirliyin məlumatına görə, Qırğızıstan və Tacikistan arasında yaradılmış komissiya dövlət sərhədinin perimetri boyunca vəziyyətin sabitləşdirilməsi məqsədilə daimi əsasda ikitərəfli danışıqlar aparır.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsindən əlavə olunub ki, yerli hakimiyyət orqanlarının rəhbərləri regionda ictimai-siyasi vəziyyəti nəzarətdə saxlayır.

 

 

Son xəbərlər
Digər xəbərlər