Qırğızıstan Gömrüyünün sabiq sədri Bakı hava limanında tutuldu

0

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

Banker.az bildirir ki, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.

© Report