26 C
Baku
Saturday, July 27, 2024

Qırğızıstan hotel tikintisi üçün Azərbaycana 17 hektar ərazisini verəcək

Qırğızıstan 5 ulduzlu hotel tikintisi üçün İssık-Kul adasında 17 hektar ərazini Azərbaycan şirkətinə verəcək.

Bişkek infrastruktur yaradacaq və hoteli 10 il müddətinə vergilərdən azad edəcək. Azərbaycanlı investor isə 3 il ərzində kompleksi tikəcək və işçilərin 70%-i yerli sakinlərdən ibarət olacaq.

İkitərəfli müqavilə 49 il müddətinə qüvvədə olacaq və gələcəkdə uzadıla bilər.

Xatırladaq ki, Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu hotel tikəcək. Azərbaycan və Qırğızıstan prezidentləri səviyyəsində müvafiq razılıq əldə olunub.

Son xəbərlər
Digər xəbərlər